“Yuventus” elə bir təklifə “yox” dedi ki…
İngiltərənin “Liverpul” klubu “Yuventus”un futbolçusu Federiko Kyezanı transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün klubuna rəsmi təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Liverpul” Kyeza üçün “Yuventus”a 100 milyon avro təklif edib. Turin təmsilçisi ingilislərin təklifini rədd edib.
“Yuventus” Kyezanı satmaq niyyətində deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin