AÇ-2020-nin favoritləri açıqlandı

“Gracenote” nəşri AÇ-2020-nin qrup mərhələsinin oyunlarından sonra komandaların çempionluq şanslarını dəyərləndirib.

Komanda.az xəbər verir ki, nəşrə görə, turnirin favoriti İngiltərə yığmasıdır. Qaret Sautqeytin rəhbərliyi etdiyi komandanın çempionluq şansı 16,5 faizdir.

Çempionluğa iddialıların siyahısında ikinci pilləni Belçika yığması tutub – 15 faiz. 3-cü isə 11,8 faizlə Fransa millisidir.

AÇ-2020-nin 1/8 final mərhələsinin oyunları iyunun 26-29-da keçiriləcək.

AÇ-2020, favoritlər

İngiltərə – 16,5 faiz
Belçika – 15
Fransa – 11,8
İtaliya – 10,1
İspaniya – 7,6
Niderland – 7,6

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button