MS Harri Keynə 16 milyon avro ödəməyə hazırdır
İngiltərənin “Mançester Siti” klubu “Tottenhem”dən Harri Keyni transfer etmək istəyir.
Komanda.az xəbər verir ki, “şəhərlilər” 27 yaşlı hücumçuya illik 16 milyon avro qazanacağı müqavilə təklif etməyə hazırlaşır. Bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” səhifəsində məlumat yayıb. “Mançester Siti” Keynlə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalamaq istəyir.
“Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayına qədər olan Keyn də klubu tərk etmək niyyətindədir. London klubu ingilis hücumçu üçün 160 milyon avro tələb edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin