Bu gün Azərbaycan qran-prisi başlayacaq – Proqram
Bu gün Formula 1 üzrə Azərbaycan qran-prisinə start veriləcək.
Komanda.az xəbər verir ki, sayca beşinci dəfə təşkil olunacaq yarışın birinci günündə formula 2-də sərbəst yürüş və sıralama turu, formula 1-də isə 2 sərbəst yürüş gerçəkləşəcək.
Qran-priyə formula 2 pilotlarının sərbəst yürüşləri ilə start veriləcək. Günün sonunda formula 1-də ikinci sərbəst yürüş başa çatmış olacaq.
İyunun 5-də formula 2-də sprint yarışları, həmçinin formula-1-də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.
İyunun 6-da ilk olaraq formula 2-də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının dövlət himni səslənəcək. Saat 16:00-da formula 1-də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.
Koronavirus pandemiyası səbəbindən qran-prilərdə şou və əyləncə proqramları keçirilmir.
İlk 5 mərhələdən sonra “Red Bull”un sürücüsü Maks Ferstappen 105 xalla birinci, “Mercedes”dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk 3-lüyü 56 xalla “McLaren”in pilotu Lando Norris qapayır.
Komanda hesabında da “Red Bull” 149 xalla bütün rəqiblərini qabaqlayıb. “Mercedes” 148 xalla ikinci, “McLaren” 80 xala üçüncü sırada yer alıb.
Azərbaycan qran-prisinin proqramı
4 iyun
Formula 2
10:25-11:10 – Sərbəst yürüş
Formula 1
12:30-13:30 – 1-ci sərbəst yürüş
Formula 2
14:30-15:00 – Sıralama turu
Formula 1
16:00-17:00 – 2-ci sərbəst yürüş
5 iyun
Formula 2
11:25-12:15 – Sprint yarışı
Formula 1
13:00-14:00 – 3-cü sərbəst yürüş
Formula 1
16:00-17:00 – Sıralama turu
Formula 2
17:40-18:30 – Sprint yarışı
6 iyun
Formula 2
12:45-13:50 – Əsas yarış
Formula-1
14:10-14:50 – Pilotların təqdimatı
15:44-15:46 – Dövlət himni mərasimi
16:00-18:00 Əsas yarış
Bizi Facebook-da izləyin