“Mançester Siti” rəsmisi azarkeşlərdən üzr istədi: “Həqiqətən, peşmanam”

İngiltərənin “Mançester Siti” klubunun Direktorlar Şurasının sədri Haldun əl-Mübarək “şəhərlilər” Avropa Super Liqası layihəsinə qoşulduğu üçün azarkeşlərdən üzr istəyib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Haldun, layihəyə qoşulmalarının səhv olduğunu deyib:

“Super Liqaya qoşulmaq səhv qərar idi. Geriyə baxanda, layihəyə qatılmamaq qərarını daha tez verməli olduğumuzu düşünürəm. Həqiqətən, peşmanam. Bütün məsuliyyət məndədir və bir daha deyirəm ki, Super Liqaya qoşulmaq səhv idi”.

Aprelin 19-da fəaliyyətə başlayan Avropa Super Liqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin qısa zamanda artan təzyiqlər nəticəsində “Real”, “Yuventus” və “Barselona” istisna olmaqla, digər klublar yarışdan imtina ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button