Bundesliqa klubunda yeni müqavilə
Almaniyanın “Leyptsiq” klubu futbolçusu Amadu Haydaranın müqaviləsini yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.
Mali milli komandasının da üzvü olan Haydara 2019-cu ilin yanvarından “Leyptsiq”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 29 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin