Paşayevin komandası 3 xalı 3 qolla qazandı

Futbol üzrə Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Odessa “Çernomorets”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:0.

Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Aleksandriya” geridə qalan turlarda topladığı 41 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button