Balayev üçün 90 dəqiqə və 3 xal
Futbol üzrə Qazaxıstan çempionatında 2-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Taraz”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Emil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Balayev sonadək oynayıb.
Maksimum nəticə göstərən “Tobol” hazırda 6 xalla 1-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin