“Mürəkkəb bir dövrdəyik” – “Səbail”in qapıçısı
“Səbail”in qvatemalalı qapıçısı Nikolas Hagen açıqlama verib.
Komanda.az xəbər verir ki, “Emisoras Unidas”a danışan qvatemalalı qolkiper, milli komanda ilə bağlı bunları deyib:
“Milli üzvləri ilə danışıram. Komanda oynayanda mənə oyunlar barədə məlumat verilir. Bu, mənim üçün çox əhəmiyyətlidir. Onları hər zaman dəstəkləməyə hazıram”.
Hagen DÇ-2022-nin seçmə mərhələsində Qvatemala millisinin keçirəcəyi oyunlara da toxunub:
“Qarşıdakı oyunları birlikdə qazanmalıyıq. Mürəkkəb bir dövrdəyik. Dünya çempionatına vəsiqə qazanmaq istəyirik, bunun üçün çalışırıq. Bu il bunu bacarmaq üçün var gücümüzlə mübarizə aparacağıq”.
Hagen “Səbail”in düşərgəsində olduğu üçün milli komandaya dəvət almayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin