
Ronaldo bu dəfə “instagram”da rekord qırdı
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo daha bir ilkə imza atıb.
Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçunun “instagram”da izləyici sayı 250 milyonu ötüb. Ronaldo, buna nail olan ilk adam olub.
“İnstagram”da ən çox izləyici olan 2-ci şəxs amerikalı müğənni Ariana Qrandedir. Onun 214 milyondan çox izləyicisi var.
“Barselona”nın kapitanı Lionel Messinin isə “instagram”da 175 milyon izləyicisi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



