“Əlimdən gələni edəcəyəm” – Poçettino

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettino təyinatıyla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Paris klubunun mətbuat xidmətinə danışan argentinalı mütəxəssis, PSJ-yə qayıtmağın onun üçün şərəf olduğunu deyib:

“Mənim üçün buraya gəlmək bir şərəfdir. Məni seçdikləri üçün klub rəhbərliyinə minnətdaram. Yenidən bu kluba böyük həvəs və sevgiylə qayıdıram. Eyni zamanda, dünyanın ən istedadlı futbolçuları ilə çalışmaq üçün səbirsizlənirəm. Komandanın güclü potensialı var və mən də əlimdən gələni edəcəyəm”.

PSJ Poçettino ilə 2022-ci ilin yayına kimi müqavilə imzalayıb. 48 yaşlı mütəxəssis 2001-2003-cü illər aralığında futbolçu kimi PSJ-də çıxış edib. O, bu komandada 95 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button