“Milan” futbolçusunu buraxmaq istəmir – 7 milyon avroluq təklif
İtaliyanın “Milan” klubu qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 21 yaşlı futbolçuyla danışığı davam etdirir. Məlumata görə, klub qolkiperə yeni müqavilə ilə illik 7 milyon avro məvacib təklif edir. Daha əvvəl isə Donnarummanın 7,5 milyon avro məvacib tələb etdiyi deyilirdi.
İtaliyalı futbolçunun xidmətində “Yuventus” da maraqlıdır.
Donnarummanın “Milan”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin