“Bu nəticə üçün kimisə günahlandıra bilmərəm” – Sulşer
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Leyptsiq”ə 2:3 hesabı ilə məğlub olan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məğlubiyyəti şərh edən norveçli mütəxəssis, Pol Poqbanın vəziyyəti barədə də danışıb:
“Leyptsiq” kimi komandadan üç qol buraxdıqdan sonra mərhələ keçməyi gözləyə bilməzsiz. İkinci hissədə xarakter göstərdik, amma artıq çox gec idi. Üçüncü qolu vurmağımız çox çətin olardı. Bu nəticə üçün kimisə günahlandıra bilmərəm. Futbolçularıma ruhdan düşməyə və məyus olmağa icazə verməyəcəm. Qrup mərhələsinə yaxşı başladıq, amma kifayət qədər yaxşı idikmi? Düşünmürəm.
Poqbadan burda xoşbəxt olub-olmadığını soruşmaq lazımdır. Onun adına danışa bilmərəm, amma o, “Mançester Yunayted”də əlindən gələni edir. Poqbanın komandadakı gələcəyi ilə bağlı danışmaq vaxtı deyil”.
Bizi Facebook-da izləyin