“Vilyarreal”ın futbolçusu pasportunu itirdi, İspaniyaya qayıda bilmir

Futbol üzrə Ekvador millisinin və İspaniyanın “Vilyarreal” klubunun müdafiəçisi Pervis Estupinan pasportunu itirib.

Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

O, İspaniyaya qayıtmaq istədiyini və pasportunun tapılması üçün köməyə ehtiyacı olduğunu bildirib. Estupinan sənədlərini paytaxt Kitoda itirdiyini yazıb.

Qeyd edək ki, Ekvador millisi dünya çempionatının seçmə mərhələsində bu gün evdə Kolumbiyanı 6:1 hesabı ilə məğlub edib. Estupinan görüşdə sonuncu qolun müəllifi olub.

“Vilyarreal” “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu bu rəqibinə ilk oyunda 1:3 hesabı ilə uduzub. Komandalar arasında sonuncu tura təsadüf edəcək ikinci matç dekabrın 10-da İspaniyada baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button