“Real”ın kapitanı sıradan çıxdı
Futbol üzrə İspaniya millisinin və Madrid “Real”ının kapitanı Serxio Ramos zədələnib.
Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində qarşılaşdıqları Almaniya ilə matçın 43-cü dəqiqəsində bud nahiyəsindən xəsarət alıb.
Futbolçu oyunu davam etdirə bilməyib. O, fasilə ərəfəsində Erik Qarsiya ilə əvələnib. Müdafiəçinin zədəsinin nə dərəcədə ciddi olması ətraflı tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, bu oyunda İspaniya yığması Almaniyaya 6:0 hesabıyla qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin