PSJ-nin hücumçusu 6 klubun hədəfindədir

PSJ-nin hücumçusu Qonçalo Ramos mövsümün sonunda Paris klubundan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

23 yaşlı futbolçunun transferində 6 klub maraqlıdır. “Yuventus”, “Mançester Yunayted”, “Napoli”, “Arsenal”, “Aston Villa” və “Nyukasl” portuqaliyalı oyunçunu heyətinə qatmaq istəyir.

Ramosun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Onun bazar dəyəri 45 milyon avro qiymətləndirilir. O, cari mövsümdə Fransa Liqa 1-də 21 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button