6 ay ömrü qalıb…

“Reyncers” klubunun və Şotlandiya millisinin keçmiş qapıçısı Endi Qoram xərçəng xəstəliyinə görə 6 ay ömrü qaldığını açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qoram bir müddət əvvəl yeməklə bağlı problemlər yaşadığı üçün həkimə müraciət edib və onun qida borusu xərçənginin dördüncü mərhələsində olduğu üzə çıxıb.

Xəstəlik qaraciyərə, sağ ağciyərə, qabırğalara yayılıb:

“Mənə elə gəlirdi ki, mədəm ağrıyır. Bir neçə həftədən sonra vəziyyət daha da pisləşdi. İki həftə həkimimə gedə bilmədim, əzab çəkdim, təxminən 25 kq arıqladım. Kompyuter tomoqrafiyasından keçdim, sonra məni xəstəxanaya apardılar və dedilər ki, yaxın qohumlarım yanımda olmalıdır. Bu zaman həyəcan təbili çalındı. Xərçəng olduğumu başa düşdüm”.

Qoram ömrünü doqquz aya qədər uzada biləcək kimyaterapiya kursundan imtina etdiyini deyib:

“Əlavə üç ay və sıfır həyat keyfiyyəti naminə kimyaterapiya keçmək və əziyyət çəkmək? Xeyr, təşəkkürlər. Keçmiş həyat yoldaşım Miriam altı dövr kimyaterapiya və üç rentgen şüası aldı. Cəhənnəm idi. Hələ də dostlarım və pərəstişkarlarımla görüşüb özüm ola bilərəm”.

Endi Qoram “Reyncers”lə beşqat Şotlandiya çempionu və üç dəfə ölkə kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button