50 milyon avro tələb etdilər – PSJ-dən

PSJ “Monako”nun müdafiəçisi Aksel Disasi ilə maraqlansa da, qarşı tərəf 24 yaşlı futbolçu üçün 50 milyon avro istəyib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 50 milyon avroluq tələbdən sonra PSJ-nin idman direktoru Luis Kampos futbolçu ilə müqavilədən imtina etmək qərarına gəlib.

Disasi “Monako”ya 2020-ci ilin yayında “Reyms”dən keçib. Bu mövsüm müdafiəçi Fransa çempionatında və Çempionlar Liqasının seçmə mərhələsində 6 oyunda bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2025-ci ildə başa çatır.

“Monako” Liqa 1-də keçirdiyi 4 oyunda 5 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Komanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməyib, Avropa Liqasında çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button