
Enzo Fernandes Mançester klubuna keçə bilər
“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesin gələcəyi ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu keçmiş baş məşqçisi ilə yenidən bir araya gəlmək imkanı yaranarsa, “Mançester Siti”yə keçməyə müsbət yanaşır.
Bildirilir ki, Fernandes, Enzo Mareska (“Çelsi”nin sabiq çalışdırıcısı) “Mançester Siti”yə baş məşqçi təyin olunacağı təqdirdə, onun əsas transfer hədəflərindən biri olacaq. İddialara görə, futbolçu da bu variantı ciddi şəkildə nəzərdən keçirir və Mareska ilə yenidən işləmək fürsətini müsbət qarşılayır.
Həmçinin, vurğulanır ki, Mareskanın artıq “Mançester Siti” ilə razılığa gəldiyi barədə məlumatlar var və o, hazırkı baş məşqçi Pep Qvardioladan sonra komandaya rəhbərlik etməyə əsas namizəddir.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 53 oyuna çıxaraq, 15 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



