Noyer yeni müqaviləyə razılıq verib

“Bayern” qapıçısı Manuel Noyerlə yeni müqavilə üzrə tam razılıq əldə edib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, 40 yaşlı qolkiper Münhen təmsilçisi ilə müqaviləsinin müddətini 2027-ci ilin yayına qədər uzadacaq.

Rəsmi imzanın mayın 17-də – “Bayern”in mövsümdə son ev oyunu olan “Köln”lə matçdan əvvəl atılması planlaşdırılır.

Həmçinin, Yonas Urbiq komandanın ikinci qapıçısı olaraq qalacaq və gələcəkdə daha çox oyun şansı qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button