
“Barselona”dan İspaniya millisinə müraciət
“Barselona” vingeri Lamin Yamalın sağlamlığı ilə bağlı narahatlıq keçirir.
18 yaşlı futbolçu dünya çempionatı ərəfəsində zədələnib və mövsümün sonuna qədər sıradan çıxıb. Bununla belə, onun qarşıdakı mundialın ilk oyunlarına qədər bərpa olunacağı gözlənilir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İspaniya millisinin nümayəndələrinə müraciət edərək Yamalın vəziyyətinə xüsusi diqqət yetirilməsini və turnir öncəsi artıq yüklənməməsini xahiş edib. Millinin baş məşqçisi Luis de la Fuente isə onun qrup mərhələsində əsasən ehtiyatdan oyuna buraxılacağını bildirib.
İspaniya millisi iyunun 15-də Kabo-Verde yığması ilə qarşılaşacaq. Komanda daha sonra 21 iyunda Səudiyyə Ərəbistanı, 27-də isə Uruqvay milliləri ilə üz-üzə gələcək.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



