Salah: “Ayrılmaq asan deyil”

“Liverpul”un hücumçusu Məhəmməd Salah azarkeşlərə duyğusal mesaj ünvanlayıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, mövsümün sonunda “Liverpul”dan ayrılacaq misirli futbolçu klubda keçirdiyi illərin həyatının ən unudulmaz dövrü olduğunu bildirib:

“Biz birlikdə qələbələri qeyd etdik, vacib titullar qazandıq və ən çətin anlarda bir-birimizə dəstək olduq. Klubdakı yolum boyunca yanımda olan hər kəsə – həm indiki, həm də keçmiş komanda yoldaşlarıma və əlbəttə ki, inanılmaz azarkeşlərimizə ürəkdən təşəkkür edirəm”.

Salah əlavə edib ki, gördüyü dəstəyə görə minnətdarlığını sözlərlə ifadə etmək çətindir:

“Ən yaxşı və ən çətin anlarımda göstərilən dəstək daim mənimlə qalacaq. Ayrılmaq asan deyil. Siz mənə həyatımın ən gözəl anlarını yaşatdız. Mən həmişə sizdən biri olaraq qalacam, bu klub isə mənim və ailəmin evi olacaq”.

“Liverpul” hazırda Premyer Liqada 33 turdan sonra 55 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 38 oyunda iştirak edib, 12 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button