
“Modriç futbol tarixinin ən yaxşılarından biridir”
“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne “Milan”ın futbolçusu Luka Modriç haqqında yüksək fikirlər səsləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı oyunçu, Modriçin dünya futbolunun ən güclü yarımmüdafiəçilərindən biri olduğunu deyib:
“Modriçlə dəfələrlə meydanda qarşılaşmışam və ünsiyyətdə olmuşam. O, futbol tarixinin ən yaxşılarından biridir və top səviyyəli futbolçudur. Onu çox yaxşı tanıyıram. Dəfələrlə qarşı-qarşıya oynamışıq və tez-tez söhbət etmişik. Məncə, o, tarixdə ən yaxşı yarımmüdafiəçilərdən biridir. Möhtəşəm oyunçudur”.
“Napoli” İtaliya A Seriyasının 31-ci turunda “Milan”ı qəbul edəcək. Neapol təmsilçisi hazırda turnir cədvəlinin 3-cü, “Milan” isə 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



