
Azərbaycan millisi bu gün “FİFA Series – 2026” turnirində ilk oyununa çıxacaq
Azərbaycan millisi bu gün “FİFA Series – 2026” beynəlxalq turnirində ilk oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Sent Lüsiya yığması ilə qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçıriləcək oyun saat 19:00-da start götürəcək. Matçın baş hakimi gürcüstanlı Giorgi Kruaşvili olacaq.
Azərbaycan millisi martın 30-da eyni arenada Syerra Leone ilə görüşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



