
Kapitan “gəmi”ni tərk etməyəcək
“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes klubuna cari mövsümün sonuna qədər son şansı verdiyini bildirib.
31 yaşlı futbolçu “demək olar ki, heç nə uğrunda” davamlı mübarizədən yorulduğunu qeyd edib, amma hələ də “qırmızı şeytanlar”la uğur qazanmaq arzusundadır.
Komanda.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb. Əvvəlki xəbərlərdə bildirilirdi ki, Fernandes qış transfer pəncərəsində “Real”a keçmək istəyib, ancaq klubdan rədd cavabı alıb.
Portuqaliyalı yarımmüdafiəçi 2020-ci ilin qışından “Mançester Yunayted”də çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



