Almaniya klubu “Mançester Yunayted”in kapitanı ilə maraqlanır

“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” 31 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlanır.

Fernandes üçün Almaniyaya transfer real variant kimi dəyərləndirilir və “Bayern” rəhbərliyi onu heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.

“Qırmızı şeytanlar”ın liderlərindən biri sayılan portuqaliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 20 oyunda iştirak edib, 5 qol vurub və 9 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button