
“Atletiko”dan ayrılır, “Tottenhem” üçün tibbi müayinədən keçəcək
“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Tottenhem”ə transfer öncəsi tibbi müayinədən keçəcək.
Qallaher London təmsilçisi ilə müddəti 5,5 il olan müqavilə imzalayacaq. Əvvəlki xəbərlərdə onun transferi üçün təxminən 40 milyon avro ödəniləcəyi bildirilmişdi.
İngiltərəli futbolçu cari mövsümdə İspaniya çempionatında 19 oyunda iştirak edib və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



