“Çelsi”nin müdafiəçisi “Barselona”ya təklif edilib

“Çelsi”nin müdafiəçisi Aksel Disasi “Barselona”ya təklif olunub. Komandanın baş məşqçisi Enzo Mareska artıq uzun müddətdir fransalı futbolçunu planlarına daxil etmir, bu səbəbdən, oyunçunun nümayəndələri onun üçün yeni klub axtarışındadır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Disasinin xidməti “Barselona”ya tam transfer variantı ilə təklif edilib, icarə ehtimalı nəzərdə tutulmur. Ancaq ispanlar hələlik yekun qərar verməyib.

Bildirilir ki, “Barsa” yanvarda müdafiənin mərkəz xəttini böyük xərclər olmadan gücləndirməyi planlaşdırır.

27 yaşlı futbolçu cari mövsümdə “Çelsi”nin heyətində heç bir oyunda iştirak etməyib və hətta iştirak ərizəsinə də salınmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button