“Qarabağ”ın rəqibi milli üzvü ilə anlaşıb

İngiltərə millisinin və “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi yayda “Liverpul”a keçmək üçün ilkin razılıq əldə edib.

Komanda.az xəbər verir ki, bu barədə “Tribal Football” məlumat yayıb.

Klub və futbolçu arasında yayda transferin reallaşması üçün razılaşma əldə olunub. 25 yaşlı oyunçu mersisaydlılara pulsuz keçə bilər, çünki onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.

Quehi “Kristal Pelas”da 2021-ci ilin yayından çıxış edir. O, cari mövsümdə Premyer Liqada 16 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button