Amorim: “Azarkeşlər üçün baxımlı matç oldu”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 16-cı turunda “Bornmut”la keçirilən oyunun nəticəsini şərh edib. “Old Trafford”da baş tutan qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında belə deyib:

“Evdə oyunu izləyən azarkeşlər üçün baxımlı matç oldu. Qarşılaşmaya çox yaxşı başladıq və hesab tam fərqli ola bilərdi. Ancaq ikinci hissənin ilk altı dəqiqəsində konsentrasiyanı itirdik və rəqib iki qol vurdu. Belə oyunları bitirməyi bacarmaq lazımdır”.

Amorimin komandası hazırda 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

“Qırmızı şeytanlar” növbəti turda ardıcıl 9 qələbəlik seriyaya malik olan “Aston Villa” ilə qarşılaşacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button