
“Mançester Yunayted” avstriyalı müdafiəçini “qaralayıb”
“Mançester Yunayted” İspaniya La Liqasında çıxış edən “Elçe”nin müdafiəçisi David Affenqruberi transfer hədəfinə daxil edib.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi avstriyalı futbolçunun uzunmüddətli perspektivdə Leni Yoro ilə etibarlı cütlük formalaşdıracağına inanır.
Affenqruberin xüsusilə, topla davranışdakı inamı, hava toplarında üstünlüyü və baş məşqçi Ruben Amorimin tələb etdiyi kimi, lazım gəldikdə yarımmüdafiəyə keçə bilməsi “qırmızı şeytanlar”ı cəlb edən əsas məqamlar sırasındadır.
24 yaşlı müdafiəçi cari La Liqa mövsümündə “Elçe”nin heyətində 14 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



