Mbappenin “Real”ı

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 19-cu turunda “Atletik” üzərində 3:0 hesablı qələbədən sonra komandasını tərifləyib.

Fransalı futbolçu hər üç qolda iştirak edib: iki qol vurub və komanda yoldaşı Eduardo Kamavinqaya məhsuldar ötürmə verib.

Komanda.az xəbər verir ki, Mbappe oyundan sonra sosial şəbəkə hesabında bunu yazıb:

“Bu mənim “Real”ımdır”.

Qələbə “Real”ın La Liqada ardıcıl üç heç-heçə seriyasına son qoyub və komandanı lider “Barselona”ya yaxınlaşdırıb. Komandalar arasındakı xal fərqi 1-ə enib.

Madrid təmsilçisi növbəti turda, dekabrın 7-də evdə “Selta” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button