“Mançester Siti” və “Liverpul”un hədəfindədir – Seneqallı hücumçu

“Everton”un 25 yaşlı hücumçusu İliman Ndiaye ilə İngiltərə Premyer Liqasının bir neçə klubu maraqlanır.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, hücumçunun xidmətində “Liverpul”, “Mançester Siti” və “Tottenhem” klubları maraqlıdır. Onun transfer dəyəri 35 milyon avrodur.

Seneqallı hücumçu ötən yay “Everton”a qoşulub və klubla 2029-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb.

Ndiaye bu mövsüm “Everton”da 15 oyuna çıxıb və 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button