
Azərbaycan millisi UEFA İnkişaf Turnirindəki ilk oyunda uduzdu
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, U-15 Monteneqro ilə üz-üzə gəlib. Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-15 turnirdə ikinci matçını noyabrın 20-də Bolqarıstan yığmasına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



