31 ildə 73-cü dəfə

Premyer Liqanın 12-ci turu “Qarabağ”ın “Kəpəz”lə oyunda 7 qol vurması ilə əlamətdar olub.

Komanda.az xəbər verir ki, bu, Azərbaycan çempionatları tarixində bir komandanın belə məhsuldarlıq göstərdiyi 73-cü matçdır.

1992-ci ildən keçirilən turnirdə bunadək 72 dəfə tərəflərdən biri rəqib qapısına 7 və ya daha çox qol vurub. 7:1 hesablı qələbə qazanan “Qarabağ” tarixində 5-ci dəfə bunu bacarıb.

Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 17 dəfə “7+”ə nail olublar. “Kəpəz”in hesabında 13 belə matç var. Ümumilikdə 21 komanda məhsuldar oyun keçirməyi bacarıb. “Şəmkir” 7, Sumqayıt “Xəzər”i 6, “Turan”4, “Şamaxı” və “Bakı” hərəyə 3, “ANS Pivani” və Lənkəran “Xəzər”i hərəyə 2 qarşılaşmada 7 və ya daha çox qola sevinib. Digər 11 komandanın hesabında bir belə görüş var.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk belə hadisə 1992-ci il mayın 10-da qeydə alınıb. “Neftçi” evdə Şamaxı “Şirvan”ına 8 qol vurub – 8:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button