Markes məyus olub – “Barselona”nı tərk etmək istəyir

“Barselona”nın ikinci komandasına rəhbərlik edən meksikalı mütəxəssis Rafael Markes cari mövsümün sonunda Kataloniya klubunu tərk edə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 45 yaşlı məşqçinin “Barsa” ilə müqaviləsini uzatmaqda şübhələri var.

O, yüksələcəyini və əsas komandada çalışacağını gözləyib. Lakin klub rəhbərliyi Xavini baş məşqçi postunda saxlamağa qərar verib. Markes “Barselona” rəhbərliyinin ona güvənməməsindən məyus olub.

Onun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır. Meksikalı mütəxəssis 2022-ci ilin yayından “Barselona”da işləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button