250 azarkeş e…

Azərbaycan Premyer Liqasının 20-ci turunda qeydə alınan azarkeş sayı məlum olub.

Komanda.az xəbər verir ki, turun “ASK Arena”da keçirilən ilk oyunu olan “Keşlə” – “Sabah” matçını stadionda 250 nəfər izləyib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı “Qarabağ” – “Zirə” matçında (0:0) 700, Qəbələ şəhər stadionunda keçirilən “Qəbələ” – “Səbail” qarşılaşmasında (2:1) isə 550 azarkeş qeydə alınıb.

Turun son oyunu Sumqayıt şəhər stadionunda “Sumqayıt”la “Neftçi” arasında olub ki, bu görüşü 2000 nəfər izləyib.

Ümumilikdə, 20-ci turda 3500 azarkeş qeydə alınıb ki, bu da hər oyuna 875 nəfər deməkdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button