Şevçenkonun bu hərəkəti “axmaqlıq” adlandırıldı – FOTO

Ukrayna millisinin sabiq hücumçusu Roman Zozulya UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən “Milan” – “İnter” matçı zamanı (0:2) tribunada olan yığmanın keçmiş baş məşqçisi Andrey Şevçenkonu tənqid edib.

Komanda.az xəbər verir ki, Zozulya, Şevçenkonu sosial şəbəkədə, rusiyalı tennisçilərin “Uimbldon”da iştirakdan kənarlaşdırılmasına qarşı çıxan Novak Cokoviçin yanında əyləşməsinə, ona xoş baxışlarla baxmasına görə tənqid edib:

“Axmaqlıq? İkili standartlar? Sizi futbola dəvət edirlərsə və yanınızda açıq-aşkar rusiyapərəst bir idmançı oturursa, ona xoş baxışla sarıla bilməzsiz. Ağlı başında olan ukraynalı belə birinin yanında oturmaz. Bəs onda bizim milli qürurumuz necə oldu?!”

Keçən il Cokoviç rusiyalı tennisçilərin “Uimbldon”dan kənarlaşdırılmasına qarşı çıxıb.

2022-ci ilin fevralında FİFA və UEFA Rusiyanın Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin klublarını və milli komandalarını himayəsində olan bütün yarışlardan uzaqlaşdırıb.

Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”lə “Milan” arasında cavab oyunu mayın 16-da keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button