Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq – Bu gün

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim saat 15:00-da başlayacaq.

Püşkdə qrup mərhələsini ilk pillədə başa vuran komandalar iştirak edəcəklər. Qrup birinciləri səpələnmişlər, ikinci yeri sahibləri səpələnməmişlər səbətində yer alacaq.

Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar rəqib ola bilməyəcək. Səpələnmişlər səbətində yer alan klublar cavab oyununu evdə keçirəcək.

UEFA Çempionlar Liqası
1/8 final

Səpələnmişlər: “Bayern” (Almaniya), “Benfika”, “Portu” (Portuqaliya), “Çelsi”, “Mançester Siti”, “Tottenhem” (hamısı İngiltərə), “Napoli” (İtaliya)

Səpələnməmişlər: “Brügge” (Belçika), “Borussiya” (Dortmund), “Ayntraxt”, “Leyptsiq” (hamısı Almaniya), “İnter”, “Milan” (hər ikisi İtaliya), “Liverpul” (İngiltərə), PSJ (Fransa)

1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button