Milliyə namizəd qapıçılar üçün məşq keçirildi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Draqoslav Poleksiç yığmaya namizəd qapıçılara məşq keçib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Draqoslav Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində Ayxan Arazlı (“Qarabağ”), Yusif İmanov (“Sabah”), Elməddin Sultanov (“Kəpəz”) və Vüsal Şabanov (“Zaqatala”) üçün bir günlük məşq keçib.

Məşqin məqsədi milliyə potensial namizəd qapıçıların hazırlıq səviyyəsini yoxlamaqdır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button