“Zaqatala” son dəqiqə qolu ilə qələbə qazandı

Futbol üzrə Azərbaycan birinci divizionunda 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Turan Tovuz” doğma meydanda “Sumqayıt”ın əvəzedicilərinə böyük hesabla qalib gəlibsə, “Neftçi”nin ikinci komandası da “Keşlə”ni darmadağın edib.

“Kəpəz” “Qaradağ Lökbatan”la səfər oyunundan məğlub ayrılıb. Səfərdə “Sabah”ın ikinci komandası ilə qarşılaşan “Qarabağ”ın əvəzediciləri də turu məğlubiyyətlə başa vurub.

Turun son matçında “Zaqatala” doğma meydanda MOİK-lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Birinci divizion, 21-ci tur

12 aprel

Turan Tovuz – Sumqayıt-2 3:0
Qol
: Vüsal Məsimov, 48. Elşad Tağıyev, 60. Elmir Tağıyev, 90+4.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tovuz şəhər stadionu, 15:00

Qaradağ Lökbatan – Kəpəz 2:1
Qol
: Cavid Nəcizadə, 11. Sabir Allahquliyev, 87 – Samir Qurbanov, 84.
Hakimlər: Rövşən Rəcəbov, Cavanşir Yusifov, Tərlan Talıbzadə, Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30

Sabah-2 – Qarabağ-2 2:0
Qol
: Camal Cəfərov, 45+1. Fərid Kərimzadə, 77-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Teymur Teymurov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:30

Neftçi-2 – Keşlə-2 4:0
Qol
: Famil Camalov, 7. Emin Zamanov, 19. Vüsal Əsgərov, 53. İsmayıl Zülfüqarlı, 74.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00

13 aprel

Zaqatala – MOİK 2:1
Qol:
Roini İsmayılov, 7. Əsədulla Heydərov, 90+4 – Hüseyn Hüseynli 82.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30