Bekhemin klubunda baş məşqçi təyinatı

2020-ci ilin martında MLS-də debüt edəcək “İnter Mayami” klubunun baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Mayamini təmsil edən komandanın “sükan”ı Dieqo Alonsoya tapşırılacaq. Bu barədə “Miami Herald” nəşri məlumat yayıb. 44 yaşlı mütəxəssisin təyinatının yaxın zamanda açıqlanması gözlənilir.

Alonsonun son iş yeri Meksikanın “Monterrey” klubu olub.

“İnter Mayami” klubunun prezidenti və səhmlərinin bir hissəsinin sahibi Devid Bekhemdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button