
2-ci Liqada fevralın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Azərbaycan 2-ci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Ağstafa Gəncləri” komandasının futbolçusu Əli Bağırov mükafatlandırılıb.
Bu barədə Komanda.az-a Peşəkar Futbol Liqasından bildirilib.
Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı 18-ci turun “Ağstafa Gəncləri” – “Şirvan” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



