“90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində A Seriyası dünyanın ən yaxşı liqası idi”

“Milan”ın və İtaliya millisinin sabiq yarımmüdafiəçisi Massimo Ambrozini A Seriyası ilə bağlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İtaliya liqasının əvvəlki illərdəki gücündən də danışıb:

“1998-ci ildəki dünya çempionatında Fransa millisinin heyətinə baxsaz, A Seriyasında böyük uğurlar qazanan və orada oynamağın onların mentalitetini dəyişdirdiyini, fiziki hazırlıqlarını yaxşılaşdırdığını deyən bir çox oyunçu var idi. Həmin dövrdə – 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində A Seriyası dünyanın ən yaxşı liqası idi. Buna görə də, istənilən oyunçu – fransalı, ispaniyalı, argentinalı, braziliyalı futbolçu üçün İtaliyaya gəlmək karyeralarının zirvəsi idi və onlar bu səviyyədə olmalı olduqlarını başa düşürdülər. Bəlkə də, bu, onların futbola münasibətini dəyişdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button