18-ci turu neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasının 18-ci turunda qeydə alınan azarkeş sayı məlum olub.

Komanda.az xəbər verir ki, turun ilk oyunu Qəbələdə “Qəbələ” ilə “Keşlə” arasında keçirilib ki, bu görüşü (0:0) stadionda 650 nəfər izləyib.

“Əlincə Arena”da keçirilən “Sabah” – “Qarabağ” matçında (1:1) 1700, 8-ci km stadionundakı “Neftçi” – “Səbail” qarşılaşmasında (1:2) isə 752 azarkeş qeydə alınıb.

Turun son oyunu Sumqayıtda “Sumqayıt”la “Zirə” arasında baş tutub (0:1). Bu qarşılaşmanı stadiondan 1500 nəfər izləyib.

Ümumilikdə, 18-ci turda 4602 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1150,5 azarkeş deməkdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button