Mahir Emreli “Dinamo”da nə vaxt debüt edəcək?

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda debüt edəcəyi vaxt məlum olub.

Komanda.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Emreli “İstra 1961” komandasına qarşı çempionat oyununda meydana çıxacaq.

Fevralın 6-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.

Polşa “Legiya”sı ilə yollarını ayıran Emreli Xorvatiya klubu ilə 4,5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button