“Turan Tovuz” “Kəpəz”i məğlub yola saldı

Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunda 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Lider “Turan Tovuz” qərb derbisində “Kəpəz” üzərində inamlı qələbəyə sevinib.

“Neftçi”nin ikinci komandası “Qaradağ Lökbatan”ı minimal hesabla üstələyibsə, “Qarabağ”ın əvəzediciləri MOİK üzərində qələbəyə sevinib. “Keşlə”nin əvəzedici komandası isə “Zaqatala” ilə oyundan məğlub ayrılıb.

“Sumqayıt-2” – “Sabah-2” oyununda da qonaqlar minimal hesabla üstün olublar.

Birinci divizion, 15-ci tur

1 mart

Turan Tovuz – Kəpəz 2:0
Qol
: Aqşin Muxtaroğlu, 18. Vidadi Cəfərov, 86.
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Ruslan Quliyev, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 14:00.

Sumqayıt-2 – Sabah-2 0:1
Qol
: Kamran Quliyev, 55.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

Neftçi-2 – Qaradağ Lökbatan 1:0
Qol
: Vüsal Əsgərov, 1.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Elman Kərimov, Səbuhi Bayramov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

Qarabağ-2 – MOİK 3:1
Qol
: Hüseyn Hüseynzadə, 3. Hüseyn Hüseynzadə, 45. Seyxan Fərəcov, 88 – İlyaz Səfərzadə, 46.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Orxan Məmmədov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.

Keşlə-2 – Zaqatala 0:2
Qol
: Roini İsmayılov, 16-pen. Bəhruz Teymurov, 50-pen.
Hakimlər: Elçin Məsiyev, Kərim Zeynalov, Tərlan Talıbzadə, Tural Qurbanov.
Bakı. “ASK Arena”, 16:00.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button