
11 klub “Turan Tovuz”a görə CAS-a müraciət etdi
Azərbaycan Premyer Liqasında mübarizə aparan klublardan birinin təşəbbüsü ilə UEFA-ya və CAS-a müraciət olunub.
Komanda.az-a daxil olan xəbərə görə, müraciət “Turan Tovuz”un 2026/27 mövsümü avrokuboklardan uzaqlaşdırılması barədə UEFA-nın verdiyi qərarla bağlı bağlıdır.
Tovuz klubunun CAS-a şikayətinə dəstək məqsədilə ünvanlanan müraciəti komandanın Konfrans Liqasında mümkün əvəzləyicisi “Zirə” də daxil olmaqla Misli Premyer Liqasında yarışan 11 klub (“Turan Tovuz” istisna olmaqla) imzalayıb.
Məktubda “Turan Tovuz”un Azərbaycan futbolunun inkişafında oynadığı mühüm rol, son illər apardığı işlər və daha öncə baş verən proseslərin əvvəlki rəhbərliyin dövründə olduğu qeyd edilib.
CAS-da “Turan Tovuz”un şikayətinə iyunun 15-də baxılacağı gözlənilir.
Bizi Facebook-da izləyin



