1-ci Liqanın qalibi mükafatlandırıldı – VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqasının qalibi olan “Şamaxı” klubu mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, tədbir Şamaxı şəhər stadionunda gerçəkləşib.

İlk olaraq oyunçulara medallar təqdim olunub. Ardınca komandaya kubok verilib.

Mükafatları Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, PFL əməkdaşı Məlik Həsənov təqdim ediblər.

“Şamaxı” 27 turdan sonra 57 xalla 1-ci Liqanın qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button