
1-ci Liqada noyabrın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Azərbaycan 1-ci Liqasında noyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib.
Komanda.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, “Ayın qolu” layihəsi çərçivəsində “Mingəçevir”in üzvü Seymur Məmmədov mükafatlandırılıb.
Noyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 12-ci turun “Mingəçevir” – “Şahdağ Qusar” qarşılaşmasından əvvəl PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



